Əlaqə Arxiv
news Image
2012.07.16
13:31
| A A A
Şamaxıda çaylar daşıb
Movqe.Az xəbər verir ki, Şamaxıda çaylar daşıb. Hadisə nəticəsində sel şəhər mərkəzində bir evi uçurub, dörd kəndin rayonla nəqliyyat əlaqəsi kəsilib. 

Güclü külək və dolu ilə başlayan yağıntılar leysan yağışlarına keçib. Sel suları yollara, həyətlərə və əkin sahələrinə ciddi ziyan vurub. Küçələrin asfalt örtüyünü yuyan sel yolları keçilməz edib. Bəzi evləri su basıb. Həyətlərə dolan su ev sahiblərinə xeyli ziyan vurub.

Nəticədə Şamaxının Minaxor küçəsində bir ev uçub. Uçmuş evin sakinləri müvəqqəti olaraq qonşu evlərdə məskunlaşıblar. Rayonun ən ucqar kəndlərində güclü daşqınlar fəsadlarla yadda qalıb. Sel suları dağ kəndləri olan Talışnuru, Dəmirçi, Zarat, Xeybəri, Qaleybuğurd, Sis, Keşmədin və Qaladərəsi kəndlərinə daha çox ziyan vurub.

Qaleybuğurd, Sis, Keşmədin, Qaladərəsi kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz