İranın təhsil naziri Azərbaycana səfərini müsbət dəyərləndirib
APA-nın İRNA-ya istinadən məlumatına görə,
H. Hacıbabayi bildirib ki, başda Azərbaycan prezidenti İlham Əliyev
olmaqla xarici işlər naziri Elmar Məmmədyarov və təhsil naziri
Misir Mərdanovla səmimi şəraitdə görüşlər keçirib: "Hər üç görüşdə
iki ölkə arasında dini və mədəni bağların mövcudluğu qeyd edilib və
Bakı-Tehran əlaqələrinin hər sahədə inkişafının vacib olduğu
vurğulanıb. Azərbaycan rəsmiləri ilə görüşlərimi müsbət xarakterizə
edirəm".