Əlaqə Arxiv
news Image
2012.07.16
17:25
| A A A
Oğru evdən 3 min manat apardı
Movqe.Az xəbər verir ki, oğru Xaçmaz rayonunun Muxtadır qəsəbəsində 3 min manat aparıb. 

Qeyd edək ki, hadisə qəsəbə sakini Mirvari Muradovaya məxsus evdə qeydə alınıb. Ev sakinlərinin  toyda olmasından istifadə edən naməlum şəxs bağın çəpərindən aşaraq həyətə girib. Həyət qapısını içəridən kilidlədikdən sonra evin giriş qapısını qırıb, oraya daxil olub. O, öncə evdəki ərzaqlardan və içkidən özünə qonaqlıq təşkil edib. Bundan sonra o, yaşayış yerindəki sandıqdan 3 min Azərbaycan manatı və əlavə olaraq 10 min rus rublu götürüb.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz