Əlaqə Arxiv
news Image
2014.09.24
08:25
| A A A
Nasaz xarici avtomobillər Azərbaycan bazarına da gəlir
Azər Allahverənov: "Ancaq fərdi kanallar vasitəsilə gətirilən avtomobillərin tapılan qüsuru aradan qaldırmaq üçün geri qaytarılması məsələsində müəyyən problemlərin olması gözləniləndir"

Dünyanın ən iri avtomobil istehsalçılarından olan ABŞ-ın "General Motors" konserni növbəti dəfə 220 min avtomobilini geri çağırıb. Bu dəfə geri çağırışa əyləc sistemində nasazlığın aşkar edilməsi səbəb olub. Xatırladaq ki, bundan əvvəl də bir sira firmalar, məsələn "Toyota", "Honda" kimi şirkətlər də yaranan qüfurlara görə bəzi növ avtomobillərini geri çağırıb. Yəni belə hadisələr bu və yaxud digər avtomobil şirkətiilə bağlı müşahidə olunur. Azərbaycana da aparıcı xarici şirkətlərin istehsalı olan çoxsaylı avtomobil gətirilib və bu proses indi də davam edir. Amma Azərbaycana gətirilən avtomobillərdən hansının isə nə vaxtsa geri çağırılma hallarına rast gəlinməyib.

Ekspert Azər Allahverənov bildirdi ki, ancaq fərdi kanallar vasitəsilə Azərbaycana gətirilən avtomobillərdə hansısa nasazlıq aşkar olunsa belə, geri qaytarılma halları müşahidə edilmir. Bu da zəmanət məsələsilə bağlıdır: "Əslində, Azərbaycanda da belə hadisələr olub. Buradan da bir çox avtomobillər müəyyən nasazlıq üzündən sonradan geri çağırılıb. Amma sadəcə olaraq, burada belə bir nüans var. Bəzi ehtiyat hissələri var ki, həmin şirkətin servis mərkəzləri tərəfindən təmir olunur. Demək olar ki, əksər hallarda belə olur. Məsələn, bu yaxınlarda "Toyota" şirkəti də elan etmişdi ki, istehsal etdiyi avtomobillərin müəyyən hissəsində hansısa nasazlıq var. Bu səbəbdən satılmayan kifayət qədər böyük sayda nəqliyyat vasitəsi geri çağırıldı. Satılan, yəni istehlakçılar tərəfindən istismar olunan nəqliyyat vasitələri isə hansı ölkədə olmasından asılı olmayaraq, rəsmi distrübiterdən alınırsa, onun servis mərkəzlərində həmin şirkət hesabına yaranan nasazlıq aradan qaldırılır. Belə bir praktikadan geniş şəkildə istifadə olunur. O cümlədən, Azərbaycanda da həmin praktika mövcuddur. Azərbaycanda bilirsiniz ki, çoxsaylı nəqliyyat vasitələri müxtəlif salonlar vasitəsilə satılır. Onlar fərdi kanallar vasitəsilə avtomobili xarici ölkələrdən gətizdirirlər. Həmin bu maşınlarda nasazlığın olması barədə məlumat verildikdən sonra da, onun qüsuru aradan qaldırmaq üçün geri qaytarılması məsələsində müəyyən problemlərin olması isə gözləniləndir. Çünki, burada zəmanət məsələsi var. Ölkəmizdə də bu yolla satılan avtomobillər heç də az deyil. Bu da müəyyən narazılıqlara səbəb olan amillərdəndir. Distrübiterin iştirakı ilə alqı-satqı prosesi baş verən yerlərdə isə üzə çıxan nasazlıqlar şirkətin yerli mərkəzlərində təmirə qoyulur. Stılmayanlar da geri çağırılır".

Sizin Reklam Yeriniz