news Image
2014.09.24
08:14
| A A A
Bazarlarda torpaq fırıldaqçıları peyda olub
İlqar Hüseynli: “Burada ən ciddi problem vətəndaşın hüququnu bilməməsidir” Vüqar Tofiqli: “Proses bilavasitə hərrac komitəsinə keçdiyinə görə, fırldaqçılıq çətin məsələdir”

Bir mənzilin bir neçə şəxşə satıldığı halını çox görümüşük. Artıq torpaq sahələrinində də oxşar vəziyyətlə qarşılaşmaq mümkündür. Belə ki, rəsmi sənədi olmayan torpaq sahələri dələduzlar üçün gəlir mənbəyiə çevrilib. Bəzən olur ki, vətəndaş aldığı torpaq sahəsinin sonradan başqa sahibi olması halı ilə rastlaşır. Buna səbəb isə torpaq alveri ilə məşğul olan bəzi dələduzların fırıldaqçı əməlləridir. Sonuncu belə hadisə Sumqayıt şəhər Corat qəsəbəsində torpaq sahəsi alan Azər Hacıbalayevin başına gəlib. Adına aldığı torpaq sahəsinin başqa bir sahibinin olduğunu öyrənib.

Düzdür, dəfələrlə bu cür fırıldaqçılara qarşı cinayət işi açılıb. Lakin bu da problemin həlli yolu deyil. Yəni dələduzluğa yol verənlər tutularaq həbs olunsalar da vətəndaşa dəyən maddi ziyan ödənilmir. Hər iki halda əziyyət çəkən vətəndaş olur. Torpağın bələdiyyələr, hüquqi və fiziki şəxslər dövlətdən alındığını deyən ekspertlər bütün hallarda vətəndaşları diqqətli olmağa çağırır. İlk növbədə vətəndaş torpaq sahəsi alarkən müqavilənin şərtələri ilə tanış olmalı və hər iki tərəfin vəzifə və öhdəliklərini bilməlidir. Ekspertlər dövlət reysterindən çıxarışı olmayan torpaqların alınmasını məsləhət bilmir. O cümlədən bələdiyyə sənədi ilə də torpaq alınmasını riskli hesab edirlər. Ümumilikdə isə, torpaq alqı satqısı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinə aid məsələdir.

Bələdiyyə işləri üzrə mütəxəssis İlqar Hüseynli "Mövqe"yə bildirdi ki, Azərbaycanda 1999-cu ildə bələdiyyələr formalaşan zaman onlara hüdudlarında olan torpaq sahələrinin vətəndaşlara satılması hüququ verilmişdi: "Sonradan qanunverciliyə edilmiş dəyişikliyə əsasən, bələdiyyələrdən bu səlahiyyətlər qismən alındı. Eyni zamanda yerli icra hakimyyəti strukturları ilə bələdiyyələrin arasında bölünməmiş xeyli sayda mülkiyyət qaldı. Yəni, ərazinin bir hissəsi bələdiyyələrə, digər hissəsi isə Dövlət Torpaq Fondu adı altında yerli icra hakimiyyətlərinə verildi. Bəzən isə fırıldaqçılıq ikinci torpaq sahələrində baş verir. Burada ən ciddi problem vətəndaşın hüququnu bilməməsidir. Məsələn, mənzil, bina tikilmədən vətəndaşlardan pul yığırlar. Bildirirlər ki, yığılan pullar vasitəsi ilə ərazinin özəlləşdirilməsi həyata keçiriləcək. Ancaq tikintinin başlaması üçün 26 stansiya mərhələsi var. Vətəndaş həmin mərhələləri keçə bilməyəndə aldadıldığını bilir. Yəni, burada ən böyük məsuliyyəti bələdiyyə və yerli icra hakimiyyəti daşıyır. Vətəndaş isə prosesdə hüququnu bilməyən aldanmış tərəfdir".

Digər ekspert Vüqar Tofiqli isə hesab edir ki, əvvəllər belə hallar mümkün idi: "Amma 2008-ci ildən ölkə Prezidentinin "Bələdiyyə torpaqlarının idarə edilməsi" ilə bağlı qanuna edilən düzəlişdən sonra hərrac komitəsi yaradılıb. Ona görə də bu gün bələdiyyələr tərəfindən bir torpaq sahəsinin bir neçə şəxsə satılması mümkün deyil. Hərrac komitəsi və bələdiyyələrin fəaliyyətinə nəzarət edən qurum da var. Ona görə də fırıldaqçıların sayının artmasını güman etmirəm. Ancaq adi vətəndaş bunu edə bilər. İstənilən halda isə bunun qarşısı alınır. Çünki, proses bilavasitə hərrac komitəsinə keçdiyinə görə, fırldaqçılıq çətin məsələdir".