Növbəti tədris ilində məktəbli formalarının eskiz və satış qiymətlərində dəyişiklik olmayacaq
Bu il məktəb formalarının
eskizlərində və satış qiymətlərində heç bir dəyişiklik olmayacaq.
Bu barədə APA-ya Bakı şəhəri
üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı məlumat verib.
Onun sözlərinə görə, bu məsələdə valideynlərin imkanları nəzərə
alınıb. Z. Əliqızı deyib ki, Bakı məktəblərinin şagirdləri ötən il
aldıqları formalardan istifadə edə bilərlər. Sektor müdiri məktəbli
formalarının satışı ilə bağlı heç bir problem olmadığını da
bildirib: "Məktəbli geyimləri il boyu satışda olur, may ayından isə
kütləvi satışa başlanıb. Geyimlər Bakıda xüsusi mağazalarda
satılır. Valideynlər formaları rahatlıqla ala, ölçülərdə problemlər
yaransa hətta dəyişdirə də bilərlər".
Qeyd edək ki, 2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində məktəbli forması tətbiq olunur. 2010-2011-ci tədris ilində idarənin tabeliyində olan bütün təhsil müəssisələrinin I-IV sinif şagirdləri vahid məktəbli geyiminə keçib. Ötən tədris ilindən isə paytaxtdakı ümumtəhsil məktəblərinin bütün siniflərinin şagirdləri vahid məktəbli formasından istifadə etməyə başlayıblar.