Əlaqə Arxiv
news Image
2012.07.17
17:13
| A A A
Yağış yolun bağlanmasına səbəb olub

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, Şabran rayonu, Çuxurazəmi kəndi yaxınlığında "İstisu" adlanan əraziyə gedən yol bağlanıb, orada olan çoxlu sayda insan köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən "KAMAZ" markalı 2 yük avtomobili hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yol güclü yağışlar nəticəsində yaranan sel sularının dağlardan gətirdiyi töküntülərlə (lil, daş və qaya parçaları və s.) örtülüb.

Aidiyyəti qurumlarla birgə yol töküntülərdən təmizlənib, avtomobillərin hərəkəti bərpa olunub.

Sizin Reklam Yeriniz