news Image
2014.10.10
07:31
| A A A
Aqrar sahənin ən böyük problemlərindən biri çözülür
“Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” qanunun qəbulu bu sahədə yeni dəyişikliklərə gətirib çıxaracaq

Kənd təsərrüfatı sahəsində uzun müddətdən bəri özüün göstərn problemlərdən biri nəhayət ki, həllini tapmaq üzrədir. Söhbət bu sahədə aqrar sığortanın tətbiqindən gedir. Artıq müvafiq qanun layihəsinin hazırlandığı bildirilir və onun yaxın tezlikdə ölkə parlamentinin müzakirəsinə çıxarılması gözlənir. Maliyyə naziri Samir Şərifov də oktyabrın 8-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarının əmlak mənafelərinin daha etibarlı qorunmasına şərait yaradılması məqsədilə "Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi hazırlanıb. Bununla yanaşı, nazir qeyd edib ki, təbii fəlakətlər nəticəsində ölkə vətəndaşlarının əmlakına və dövlətə dəyə biləcək ziyandan sığortalanma mexanizmlərinin dünya təcrübəsi təhlil olunmaqla yaradılması üzrə də hazırlıq işləri davam edir.

Beləliklə, aqrar sahədə qanun layihəsinin hazırlanması artıq onun yaxın tezlikdə qəbulunu istisna etmir və bu, kənd təsərrüfatı sahəsində tamamilə yeni bir mərhələninin başlanması deməkdir. Çünki, indiki vəziyyətdə aqrar sektorda sığorta bazarı çox məhduddur. Həm əhalinin bu barədə məlumatı azdır, həm də mövcud mexanizmlər təkmil deyil. Lakin müvafiq qanunun qəbulu və onun icraya yönəldilməsi aqrar sahədə sığortanın inkişafına ciddi təkan verəcək. Eyni zamanda burada uğur əldə olunması qabaqcıl dünya təcrübəsinin tətbiqindən də əhəmiyyətli dərəcədə asılıdır.

Artıq bəllidir ki, Azərbaycan aqrar sığorta sahəsində boşluqların aradan qaldırılması üçün İsveçrə təcrübəsindən istifadəyə daha çox meyl edir. Bu məsələ kənd təsərrüfatı naziri Heydər Əsədovun İsveçrənin "SWISS Re" şirkətinin rəhbəri Martin Parkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu günlərdə keçrilən görüşündə də müzakirə edilib. Beləliklə, aqrar sahədə sığortanın daha geniş həcmdə tətbiqi gözlənir ki, bu, fermerlər üçün də əlverişlidir. Mütəxəssislərin qənaətincə, aqrar sektorda sığortanın ən müxtəlfi sahələr üzrə həyata keçrilməsi də çox vacibdir. Məsələn, ABŞ və əksər Avropa ölkələrində nəinki fermer sahələri, hətta bütövlükdə proses, məhsulun satış qiyməti belə sığortalanır. Bu gün Azərbaycanda da aqrar sektorun bu şəkildə sığortalanmasına çox böyük ehtiyac var. Çünki kənd təsərrüfatı böyük risklər daşıyır və təbiətdən ciddi şəkildə asılıdır. Ona görə də bu sahədə sığortalanma çox ciddi məsələdir. Bu məsələni bir çox ölkələr təşviq yolu ilə həll edirlər. Yəni, aqrar sahədə çalışan insanların sığortasının müəyyən bir hissəsinin, hətta bəzi məhsullar üzrə 50%-nin dövlət tərəfindən qarşılanması prosesi baş verir. Azərbaycanda da təşviq yolu ilə aqrar sahəni canlandırmaq olar. Dövlətin isə bu prosesdə iştirakı vacib sayılır. İlk növbədə ona görə ki, araşdırmalara əsasən, sığorta şirkətlərinin aqrar sahədə sığortaya marağının az olmasının əsas səbəbi, bu sahənin çox riskli olmağından və ödənişlərin daha artıq ola biləcəyi ehtimalından irəli gəlir. Dövlət isə mümkün zərərin müəyyən hissəsini öz üzəriən götürmüklə, sığorta şirkətlərini bu prosesdə yaxından iştiraka vadar edə bilər. Məlumatlara görə, indiki halda aqrar sığortadan qeyri-müəyyənlik həddindən çox olduğu və baş verə biləcək hadisələri proqnozlaşdırmaq çətin olduğu üçün sığorta şirkətləri fermerlərlə işləməyə elə də maraq göstərmədiklərindən vəziyyətdən çıxış yolu kimi aqrar sığortaya dair ümumi fondun yaradılması da istisna olunmur. Bu zaman sığorta şirkətləri agent kimi işləyəcək və dəyən ziyanın ödənilməsini isə həmin fond həyata keçirəcək. Eyni zamanda dövlətin bu prosesdə dövlətin daha yaxından iştirakı üçün də işlər görülür. Cari ilin avqustunda məsələ kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd olunan xüsusda maraqlı bir açıqlama vermişdi. Nazir bildirmişdi ki, sadəcə hadisə baş verən zaman dövlətdən yardım gözləmək yanaşması metodu düzgün deyil: "Fermerə dəyən ziyan inzibati yollarla ödənilir. Amma bunu biz sistem halına salmalıyıq və əhali özünün məhsullarını sığorta etdirməlidir. Dövlət bu sığortada öz payını, yəni ən azı 50%-ni ortaya qoyacaq. Bütün mexanizmlər bununla tənzimlənməlidir. Hadisələrə fərdi yanaşmaq olmaz". Bütün bunlar isə kənd təsərrüfaıt sahəsində sığortanın tətbiqi ilə məhsul istehsalının daha da artmasına təkan verəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs