Əlaqə Arxiv
news Image
2012.07.18
14:46
| A A A
Azərbaycanda 4 nəfər ağır yaralandı
Movqe.Az xəbər verir ki, Bakı-Şamaxı yolunda baş verən 2 avtomobil qəzasında 4 nəfər ağır xəsarət alıb. Bakının Nərimanov rayonunda yaşayan 1982-ci il təvəllüdlü Rəcəbova Zeynəb Yaqub qızının idarə etdiyi 90-FX-707 dövlət nömrə nişanlı "İnfiniti FX 35" markalı avtomobil qarşı tərəfdən gələn Şamaxı sakini, 1971-ci il təvəllüdlü Alıyev Vüqar Alı oğluna məxsus 10-UV-595 dövlət nömrə nişanlı "Mercedes-180" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də "Mercedes"dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Şamaxı sakini, 1979-cu il təvəllüdlü Osmanov Rəşad Sultan oğlu isə 56-BE-771 dövlət nömrə nişanlı "VAZ 21043" markalı avtomobili yüksək sürətlə idarə edərkən yoldan çıxararaq maneəyə çırpıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Hadisələr ilə bağlı araşdrımalar aparılır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz