Əlaqə Arxiv
news Image
2012.07.18
14:52
| A A A
Aeroport yolunda iki avtomobil toqquşub
Movqe.Az xəbər verir ki, Gecə Bakının aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Qəza zamanı eyni istiqamətdə hərəkət edən "Nissan" və "VAZ 21015" markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsin də sürücülər və avtomaşınlarda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Buna baxmayaraq hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətdə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz