Əlaqə Arxiv
news Image
2012.07.18
17:59
| A A A
Almaniyada sünnət qərarı

Movqe.az xəbər verir ki, Alman Federal Məclisində təmsil edilən partiyalar, sünnətin qanuni hala gətirilməsi mövzusunda qərar layihəsi hazırlayır.

İqtidardakı Xristian Birlik partiyaları və Azad Demokrat Partiyasının, müxalifətdəki Sosial Demokrat Partiyasının və Yaşıllar Partiyasının üzvləri bu barədə qərar layihəsi hazırlamaq bir araya gəlib.

Ortaq layihənin iyulun 19-da Federal Məclisin xüsusi iclasında səs verməsi keçirliləcək. Qərarda  hökumətdən, sünnətin qanuni çərçivələrdə olması tələb ediləcək.

Köln Əyalət Məhkəməsi sünnəti ''yaralama günahı'' kimi qiymətləndirən qərar verib və sünnət olunan uşağın qanaxma keçirməsinə görə mühakimə olunan həkimi ''işlədiyi cinayətin fərqində olmaması'' səbəbiylə sərbəst buraxıb.

Tural QABİLOĞLU    

Sizin Reklam Yeriniz