news Image
2012.07.18
17:50
| A A A
Hər il 5 milyon adam tənbəllikdən ölür

Movqe.az xəbər verir ki,  Dünya səviyyəsindəki ölümlərin təxminən yüzdə 10-u, hərəkətsiz həyat tərzinin gətirdiyi xəstəliklərdən qaynaqlanır.

15 yaşdan sonra hər 10 adamdan 3-ü yetəri qədər hərəkət etmir. 13-15 yaş aralığındakı uşaqların isə beşdə dördü fiziki olaraq aktiv deyil.

Qadınlar daha da hərəkətsiz

Qadınlar arasında hərəkətsizlik daha da çoxdur və bu, yaş irəlilədikcə artır.

Fiziki fəaliyyətin fərqli xəstəliklərlə əlaqəsini müəyyənləşdirən ikinci bir araşdırmaya görə, 2008-ci ildə qeydə alınan 57 milyon ölümün 5,3 milyonu, hərəkətsizliklə əlaqəli idi. Ürək-damar xəstəliklərinin yüzdə altısı, ikinci tip şəkər xəstəliyinin yüzdə yeddisi, döş və yoğun bağırsaq xərçənglərinin yüzdə onu hərəkətsiz həyat tərzinindən yaranır.

Elm adamları, hər yerə avtomobillə getmək, davamlı televiziya və ya kompüter qarşısında oturmaq yerinə, insanların daha çox hərəkət etməsinə şərait yaratmaq üçün piyada və velosipedlilərin təhlükəsizliyini təmin etməyi, məktəbdə idman dərslərinin və insanların pulsuz faydalana biləcəkləri idman sahələrinin artırılmasını tövsiyə edir.

Araşdırmada, həftədə ən az beş dəfə yüngül və ya üç dəfə sıx fiziki fəaliyyətdə olmayanlar  hərəkətsiz olaraq qiymətləndirilir.

Tural QABİLOĞLU    

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs