news Image
2014.10.17
11:24
| A A A
Azərbaycanda yayılan virusun yeni növü heyvandalıq sahəsini çökdürəcək
Yolçu Xanvəli: ““Nodulyar dermatit” virus xəstəliyinin ağciyər forması ən ağırlaşmı növ hesab olunur” Vahid Məhərrəmov: “Xəstəliyin yeni formasının baş qaldırması iribuynuzlu mal-qara arasında ölüm sayını artıracaq, məhsuldarlığı isə aşağı salacaq”

Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virus xəstəliyinin yeni forması baş qaldırıb. Xəstəliyin əvəlki forması dəridə müşahidə olunurdusa, yeni forması ağciyərlərə təsir edir.  "Nodulyar dermatit" in yeni növünün baş qaldırması fermerlərin ciddi narazılığına səbəb olub. Xəstəliyin heyvandarlıq sahəsinə təsirsiz ötüşməyəcəyi bildirilir. Kənd Təssərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətin mətbuat xidməti rəhbəri Yolçu Xanvəli Movqeyə açıqlamasında "Nodulyar dermatit"in yeni formasının ağırlaşmış növ olduğunu bildirib. Onun sözlərinə görə, "Nodulyar dermatit"in 3 forması- dəri, mədə-bağırsaq və ağciyər forması var ki, sonuncu ən ağırlaşmış növ hesab edilir: "3000 baş iribuynuzlu mal-qara bu xəstəliyə yoluxub. 280 başı müalicə olunub, 200 baş mal isə xəstəlikdən hazırda müalicə olunur. 40  baş  heyvan isə bu xəstəlikdən tələf olub. Fermerlərə xəstəliyin ağırlaşmış formasından mal-heyvanlarının müalicəsi üçün ilkin tibbi yardım göstərilir".

Y. Xanvəli hazırda xəstəliyin yayılmasının qarşısını almaq üçün dezinfeksiya tədbirlərinin davam etdirildiyini söyləyib. Xatırladaq ki, artıq xeyli müddətdir ki, İraq, Türkiyə  və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virus xəstəliyinin kliniki əlamətləri Azərbaycanın Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında da qeydə alınıb. Hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən tədbirlər) müalicə tədbirləri aparılır. Kənd Təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonda heyvan bazarları bağlanıb, həmin ərazilərdə ciddi şəkildə dezinfeksiya tədbirləri görülür. "Nodulyar dermatit" xəstəliyi virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin qansorucu həşəratlar vasitəsilə-transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilib. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin baş verməsi ilə səciyyələnir. Elə  mütəxəssislər də, xəstəliyin ağırlaşmış formasının yayılmasının Azərbaycanda heyvandarlıq sahəsindəki vəziyyəti daha da ağırlaşdıracağını söyləyirlər. Kənd Təssərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Moqeyə açıqlamasında bildirib ki, heyvanlar arasında "Nodulyar dermatit"in yeni formasının baş qaldırması  iribuynuzlu mal-qara arasında ölüm sayını artıracaq, məhsuldarlığı isə aşağı salacaq. Amma ekspert bunun ətin qiymətinə elə də təsir etməyəcəyi fikrindədir. Onun sözlərinə görə, çünki, hazırda Azərbaycanın ətə olan tələbatı onsuz da yerli istehsal hesabına ödənilmir: "Hazırda Azərbaycanda ətə olan tələbat əsasən idxal hesabına ödənilir. Sahibkarlar əsasən Gürcüstandan  heyvanları gətirərək kəsimə verildikdən sonra satışa çıxarırlar. İdxala üstünlük verilməsinin səbəbi isə Gürcüstanda diri çəkidə mal-qaranın qiymətinin ölkədəkindən dəfələrlə ucuz olmasıdır. Sahibkarla iki tərəfli yol haqlarını, gömrük və sair rüsumları ödəməklə belə idxal yolu ilə ət satışından qazanc əldə edə bilirlər. Azərbaycanda isə xəstəliklər və sair üzündən mal-qara təfatı çox olduğundan heyvanların qiyməti baha olur. Yəni hazırki durumda sahibkarların qazancı əsasən idxal hesabına çıxdığından, ölkədə "Nodulyar dermatit"in yeni formasının baş qaldırması ətin qiymətinə elə ciddi təsir etməyəcək".

Ekspert deyir ki, ölkədə heyvandarlıq sahəsindəki vəziyyətin daha da ağırlaşmaması üçün Kənd Təssərrüfatı Nazirliyi tərəfindən ciddi tədbirlər görülməli, yerli istehsalın azalmaması üçün xəstəliklə mübarizə gücləndirilməlidir.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs