news Image
2012.07.19
12:31
| A A A
Gəncədə dəhşətli qətl: nəvə nənəsini öldürdü
Movqe.Az xəbər verir ki, bu qətl hadisəsi iyulun 10-da Gəncədə baş verib. Lakin bu vaxtadək hələ də, 72 yaşlı Z.Məmmədovanın ölüm səbəbi məlum deyildi.

Qeyd edək ki, tədqiqatlar zamanı iyulun 10-da Gəncədə baş verən qətlin üstü açılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, 72 yaşlı Zemfira Məmmədovanı azyaşlı nəvəsi rəfiqəsi ilə birgə öldürüb.

Qadını öldürdükdən sonra azyaşlı qatillər onun üzərindən qızıl-zinət əşyalarını və evdən 650 manat pulu götürərək Bakıya qaçıblar. Lakin polis qızların izinə düşərək onları yaxalayıb. İstintaq davam edir.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs