news Image
2014.10.22
13:30
| A A A
Qanunsuz fəaliyyət göstərən 13 aptekin fəaliyyəti dayandırılıb

Bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 90 aptekdə yoxlamalar keçirilib.


Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz ƏzizbəyovAPA-ya açıqlamasında deyib ki, bu yoxlamaların 75-i planlı, 15-i isə plandankənar olub.

 

P. Əzizbəyov qeyd edib ki, yoxlamalar nəticəsində ölkə üzrə 13 aptekin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb və onların fəaliyyəti dayandırılıb. Nazirlik rəsmisinin sözlərinə görə, həmin apteklərlə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə müvafiq cərimə protokolları tərtib edilib: "Bu gün ölkədə ümumilikdə 1857 aptek fəaliyyət göstərir. Onların yarısı özəl, yarısı dövlət müəssisələridir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs