news Image
2014.10.24
11:50
| A A A
Mobil operatorların abonentləri ziyana salan spam mesajları
Rusiyada qanunvericiliyə edilən dəyişiklə moil operatorlar abonentin icazəsi olmadan ona reklam xarakterli mesaj göndərə bilməzlər

Hər bir mobil operatorun abonenti gün ərzində ən azı bir neçə dəfə bezdirici reklam mesajları alır. Bəzən vaxtımızı həmin mesajları silməyə sərf edirik. Reklamlar əsasən məişət avadanlıqları, ev və restoran, iaşə obyektləri, lotoreya oyunları, kompüter oyunları və s. ilə bağlı olur. Bir ailədə bir neçə nəıfərin mobil telefonu olduğunu nəzərə alsaq, onda operatorların insanları aldatmaqla gün ərzində nə qədər pul qazandığını təsəvvür etmək çətin deyil.  Azərbaycanda mobil operatorların spam mesajları abonentləri narahat etməkdə davam etsə də, Rusiyadan bunun çarəsi tapılıb. Belə ki, qanunvericiliyə edilən dəyişiklə moil operatorlar abonentin icazəsi olmadan ona reklam xarakterli mesaj göndərə bilməzlər. Xatırladaq ki, bu məsələ Azərbaycanda Milli Məclisin iclasında da geniş müzakirə mövzusu olub. Parlamentin sədri Oqtay Əsədov da bununla bağlı addımlar atılmasının vacibliyini vurğulayıb. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova isə mobil operatorların reklam sms-ləri məsələsinə ciddi yanaşmasının vacibliyini bildirib. Deputat bildirib ki, onun telefonuna hər gün 20-dən çox "spam" reklam mətnləri gəlir: " Təkcə bir gün ərzində müxtəlif şirkətlərdən mesajlar gəlir. Hamısının da məqsədi insanları aldatmaq, mənasız oyunlara cəlb etməkdir. Bu mesajları açanda balansdan məbləğ silinir. Nəzərə alsaq ki, bir ailədə 5-6 mobil telefon var, büdcəyə kifayət qədər ziyan dəydiyini söyləmək olar. Bu hallar daha çox Bakcell-də müşahidə olunur". Millət vəkili təklif edib ki, abunəçi istəyi olmadan ona hansısa reklam mesajının göndərilməsi qadağan olunmalıdır.Amma hələki təklif təklif olaraq qalıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda mobil operatorların abonentlərə reklam mətnli mesaj göndərməsinin qarşıısı abonentlə mobil operator arasında müqavilə ilə də tənzimlənə bilər: "Abonentlər nömrə alanda bu barədə müqavilə imzalamalıdırlar. Hazırki vəziyyətdə çox təəssüf ki, abonentlər şikayətlənməklə kifayətlənməli olur. Mobil operatorlar isə mesaj göndərməklə külli-məbləğdə qazanc əldə edirlər". AİB sədri deyir ki, spam mesajları abonenlərin aldadılmasına gətirib çıxardır. Nəticədə abonentlər mesaj göndərməklə xeyli məbləğdə pul itirirlər. Eyyub Hüseynovun sözlərinə görə, vətəndaş belə halda mobil operatoru məhkəməyə verərsə ona ziyanın dəydiyini, sms-lərin onu mənən sarsıtdığını sübut etməlidir ki, bu da uzun sürən prosesdir.  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs