Əlaqə Arxiv
news Image
2014.10.30
12:31
| A A A
Azərbaycana bozaydan hazırlanan "spays" narkotikası təhlükəsi
Leyla Yolçiyeva: " Bu sintetik tərkibli narkotika heroin və marixiuanadan da təhlükəli sayılır"

Son günlər Türkiyədə narkotik vasitənin geniş yayılmış növü olan spaysdan istifadə halları artıb. Türkiyə mətbuatında spaysın qurbanlarının hər gün artdığı barədə məlumatlar yayılır. Artıq qonşu Rusiyada da spays ciddi təhlükə yaradıb. Bu ölkədə "spays" (ədviyyat) adlı yeni növ narkotikə qurşanan 7 yüzdən çox insan zəhərlənib. Məlumata görə, zəhərlənmə halları, əsasən, Xanti-Mansisk muxtar dairəsində, Kirov vilayətində və Başqırdıstan Respublikası ərazində qeydə alınıb. Zəhərlənən şəxslərdən azı 30 nəfəri ölüb. Rəsmilər istifadəçilərin, əksəriyyət etibarı ilə, gənclərdən ibarət olduğunu deyiblər. Rusiyanın narkotik dövriyəsi üzrə federal nəzarət xidmətinin rəhbəri Vitkor İvanov qeyd edib ki, hələlik bu sintetik narkotikin alış-verişinə qarşı rəsmi qadağa qoyulmadığı üçün tədarükçüləri həbs etmək mümkün deyil. Lakin İvanov insanda psixoaktiv təsirə malik olan istənilən maddənin 3 il müddətinə müvəqqəti olaraq saxlanılmasını üçün Rusiya qanunvericilərini fəal olmağa çağırıb. Məlumata görə, bu cür maddələrin alış-verişi internet üzərindən icra olunur. Azərbaycanda da narkotik vasitələrin istifadəçilərinin sayı kifayət qədərdir. Rəsmi məlumatlara görə, 2013-cü ilin statistikasında ölkə əhalisinin 28 min 376 nəfərinin narkotik maddə istifadəçisi olduğu açıqlanıb. Amma Azərbaycanda qeyri-rəsmi statistikanın iki dəfə bundan çox olduğu iddia olunur. Odur ki, Azərbaycanda da spays narkotik vasitəsinin istifadəsi mümkündür. Narkotiklərə Qarşı MilliTəbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva Movqe.az-a açıqlamasında deyib ki, spays narkotiki xofu artıq dünya ölkələrinin əksəriyyətini bürüyüb. Həmsöhbətimizin sözlərinə görə, Türkiyədə bu narkotik növündən istifadə halları demək olar ki, günü-gündən artır. Əsas istifadəçilərinin 15-35 yaşı əhatə etməsi isə problemin daha ciddi olamasından xəbər verir: "Spays narkotiki Bonzay bitgisinin yarpağından hazırlanır. Tərkibinə müxtəlif sintetik qarışıqlar əlavə edilərək tox və maye şəklində satışa çıxarılır. Bu sintetik tərkibli narkotika heroin və marixiuanadan da təhlükəli sayılır. Spaysı istifadə edənlərin orqanizmində maddələr mübadiləsi pozulur, beyin hüceyrələri zədələnir. Kimyəvi toksinlər qısa müddətdə qaraciyərə sovrularaq qana keçir. Bir neçə dəqiqəyə bütün orqanizmə təsiri yayılır. Təsiri saatlarla davam edir. Spirtli içkilərlə qəbulu daha böyük təhlükəyə, ölümə belə səbəb olur. Spays qəbul edən şəxsdə bədənin hərarəti artır, ürək döyüntüləri artır, mədə qanaxmaları başlayır, infarkt baş verir. Bu narkotik maddə insanın beynində psixoloji gərginliyi pik həddinə çatdırır".

L. Yolçiyeva bu təhlükəli narkotik vasitənin bir neçə adda satışa çıxarıldığını, internet üzərindən satışının müştərilərinin sayını günü-gündən artırdığıı bildirir: "Azərbaycanda da narkotik vasitələrin müxtəlif növündən istifadə edənlər var. Ona görə də, bu təhlükə ölkəmiz üçün də gözləniləndir. Amma hələki Azərbayacnda narkomanlar arasında bu narkotik vasitədən istifadə rəsmi qeydiyyata alınmayıb".

Sizin Reklam Yeriniz