Əlaqə Arxiv
news Image
2012.07.20
12:44
| A A A
Ermənilər talışları Azərbaycana qarşı qaldırırlar
Movqe.Az xəbər verir ki, ermənilər Azərbaycana qarşı məkrli planlarına bu dəfə də talışları alət etmək qərarına gəliblər. 

Qeyd edək ki, keçən ilin əvvəllərində separatçılara məxsus İnternet saytlarında Talış Milli Akademiyası (TMA) kimi təqdim olunan ictimai təşkilatın yaradılması elan olunub.Təşkilatın prezidenti kimi hazırda Kipr Türk Respublikasının Ankara Universitetində riyaziyyat fənnini tədris edən Ağayev Elnur Xanəli oğlu, fəal üzvləri kimi isə "TMR"in Ali Məclisinin sədri olmuş Fəxrəddin Abbaszadə, həmçinin İqbal Əbilov və İdrak Mirzəlizadə qələmə veriliblər.

Daxil olmuş məlumatlara əsasən, "TMA"nın yaradılması ideyasının müəllifi Rusiya Elmlər Akademiyası (REA) Tarix və Etnoqrafiya İnstitutu "Qafqaz şöbəsi"nin müdiri, REA-nın müxbir üzvü, milliyyətcə erməni Sergey Arutyunovdur və sözügedən təşkilat Ermənistan xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir. "TMA"nın nəzdində fəaliyyət göstərən "Talış elmi mərkəzi" S.Arutyunov və onun qrupu tərəfindən işlənmiş layihələr əsasında talış dilində dərslik kitablar hazırlayır, etnoqrafik tədqiqatlar aparır və "talış siyasi coğrafiyası"nın yaradılması istiqamətində fəaliyyət göstərir.

TMA-nın nəşr etdirdiyi antiazərbaycan məzmunlu kitablar ermənilərə məxsus "Anelik" və "Kaskad" banklarının iştirakı ilə buraxılıb, Moskva və Minsk şəhərlərində satılır.

Hazırda isə "TMA"nın nəzdində "Talış elmi mərkəzi" (TEM) adlı yeni qurum yaradılmaqdadır. Rusiya və Belarusda yaşayan  talış ailələrini bu quruma cəlb etmək məqsədilə xüsusi qruplar yaradılıb və onlar iri şəhərlərdə xüsusi şəbəkələr qurmağa başlayıblar.

Həmin şəbəkələr ermənilərə məxsus banklardan talış millətindən olan kasıblara xüsusi kreditlər verməklə onları öz tərəflərinə çəkmək və Azərbaycana qarşı yönəltmək məqsədi güdürlər.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz