Əlaqə Arxiv
news Image
2012.07.20
13:15
| A A A
“Azərsu” abunəçilərinin 48%-i su sayğacıyla təmin olundu
Movqe.Az xəbər verir ki, iyulun 1-də ölkə üzrə 1 milyon 110 min 815 "Azərsu" abunəçisi qeydiyyata alınıb. 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, ilin ikinci rübündə 11 350 abunəçi sayğacla təmin olunub və bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 534 385-ə çatıb. Hazırda abunəçilərin 48,1 faizi sayğacla təmin olunub.

İkinci rübdə içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmış istehlakçıların sayı 17 135 abunəçi və ya 1,6% artıb.

"Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib" – deyə, qurumdan bildirilib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz