news Image
2012.04.11
11:20
| A A A
Gənc azərbaycanlı solist dünyanın rəğbətini qazanıb

Azərbaycan özünün müxtəlif musiqi alətlərində ifa edən yeniyetmələrilə də bu gün dünyaya səs salıb. Onlardan bir neçəsi isə hətta beynəlxalq müsabiqələrdə çıxış edərək müxtəlif uğurlara imza atmaqla Azərbaycanın imicini dünya miqyasında geniş şəkildə tərənnüm edirlər. Belə beynəlxalq müsabiqə laureatlarından biri də İncəsənət Gimnaziyasının 12 yaşlı solisti, klarnet ifaçısı Mehdi Eyyubovdur. O, keçən ilin martında Türkiyənin Ədirnə şəhərində gənclər arasında keçirilən XIV Beynəlxalq kamera ansamblı müsabiqəsində ən gənc laureant adını qazanıb. Bu gəncin çıxışı bəyənildiyindən cari ilin martın 17-də keçirilən növbəti, XV müsabiqədə də iştirak edib. M.Eyyubov tədbirə Trakiya konservatoriyasının kamera orkestrilə solist kimi dəvət almışdı. Burada gənc solist dünya klassik musiqisinin repertuarından Azərbaycan bəstəkarı İsmət Quliyevin "Prelyudiya" əsərini seçərək öz yaradıcılıq fəaliyyətində növbəti uğura imza atdı. Konsertdən sonra təşkilatçılar M. Eyyubova minnətdarlıq edərək, onun oxuduğu İncəsənət Gimnaziyasına da təşəkkür məktubu göndəriblər. Qeyd edək ki, həmin müsabiqəyə həsr olunan konsertə azərbaycanlı gənc solistdən başqa dünya klassik musiqisi sahəsində öz sözünü demiş bir çox tanınmış musiqiçilər, Sofiya Konservatoriyasının professoru Angel Stankov və dosenti Bobi Yotzov, Trakiya Konservatoriyasının dossenti Aminbay Sabayev də dəvət almışlar sırasında idilər. Onu da xatırladaq ki, gənc solist 12 yaşı olmasına baxmayaraq, indiyə kimi iki il ərzində 20-dən artıq konsert proqramında çıxış edib. O, Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri və başqa konsertlərdə solist kimi çıxış edərək tamaşaçıların geniş rəğbətini qazanıb. Mehdi həm də Nazim Əliverdibəyov adına gənclərarası V ümumşəhər müsabiqəsinin laureantıdır. Bu ilin axırlarında isə M. Eyyubovun Rusiya və Bolqarıstanda da solist kimi çıxışları olacaq. Bundan başqa o beynəlxalq müsabiqələrdə də iştirak etməyi planlaşdırır.

Rüfət NADİROĞLU


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs