Şəkidə 2 nəfər imtahandan qovuldu
Movqe.Az xəbər verir ki, 2012-2013-cü tədris ili üçün ali təhsil
müəssisələrinə 1-ci ixtisas qrupu üzrə qəbul imtahanlarının
keçirildiyi bölgələrdən biri də Şəki rayonu olub.
Qeyd edək ki, Şəkidə imtahan 3 məktəbdə keçirilib. İmtahanda Şəkidən və ətraf rayonlardan 1650 abituriyent öz gələcəyini müəyyənləşdirmək üçün çətin sınağa çəkilib. Ancaq üç abituriyentə bu prosesdə sonacan iştirak etmək nəsib olmayıb.
TQDK-nin yerli bölməsindən verilən məlumata görə, bir nəfər yüksək stres diaqnozu ilə imtahan verə bilməyib, ona tibbi yardım göstərildikdən sonra RMX-nın reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfər isə cavabları başqalarından köçürdüyünə görə imtahandan xaric olunub.
Türkan Nadirqızı
Movqe.Az