Əlaqə Arxiv
news Image
2012.04.11
12:24
| A A A
Suriya Türkiyəni müxalifət dəstələrini silahlandırmaqda ittiham edib
Türkiyə Suriyaya qarşı birtərəfli əməliyyatlara başlamayacaq

Suriya xarici işlər naziri Vəlid Mualim Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Sülh planı çərçivəsində ordunun şəhərlərdən çəkilməyə başladığını açıqlayan nazir, Türkiyəni müxalifət dəstələrini silahla təmin etməkdə və yaraqlıların sərhəddən Suriyaya keçmələrinə imkan yaratmaqda ittiham edib. SalamNews-un "Hürriyet"ə istinadla verdiyi xəbərə görə, Mualim deyib: "Türkiyə qeyri-qanuni fəaliyyət göstərən suriyalı qrupları dəstəkləyir, bu qrupları silahla təmin edir və Suriya sərhədini qeyri-qanuni şəkildə keçmələrinə icazə verir. Türkiyənin belə davranışları davam etdiyi halda planı necə həyata keçirə bilərik?".

"Türkiyə Rusiyanı inandırır ki, Suriyaya qarşı birtərəfli əməliyyatlara başlamayacaq". Bu barədə isə Sergey Lavrov bildirib. Lavrov qeyd edib ki, Kofi Annanın planı baş tutmadığına görə, Türkiyə daha bir neçə gün gözləyəcəyini, daha sonra Suriyaya qarşı özü qərar verəcəyini bəyan edib. "Türkiyəli həmkarım Əhməd Davudoğlu ilə telefon danışıqları zamanı mən xüsusən bu məsələ ilə maraqlandım. O məni inandırdı ki, Türkiyə birtərəfli əməliyyatlar planlaşdırmır", - Lavrov deyib.


Sizin Reklam Yeriniz