news Image
2012.07.21
21:39
| A A A
Gəncədə 8 abituriyent imtahandan çıxarılıb
Movqe.Az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 20-də 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

İmtahanlar Lənkəranda 4 binada keçirilib. Cənub bölgəsinin 7 rayonundan abituriyentlər qeydiyyatdan keçmək üçün növbəyə durmuşdular. Bundan əlavə, Lənkəran polisi, Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsi və Lənkəran Şəhər Təcili və Təxirəsalınmaz yardım stansiyası da gücləndirilmiş iş rejimində çalışırdılar. Hər bir imtahan keçiriləcək binada yüksək təhlükəsizlik tədbirləri görülmüşdü. Saat 11:00-da imtahan başladı. Cənub bölgəsində keçirilən imtahanda ümumilikdə 1700 abituriyent qeydiyyatdan keçmişdi. Qeyd edək ki, bu haqda məlumatı Cənub TV məlumat verir. Bu dəfə qanun pozuntularına görə imtahandan qovulanlar olmadı.

İmtahanın bitməsinə 20 dəqiqə qalsa da, artıq abituriyentlərdən çıxanlar oldu. Onlar imtahandan razı qaldıqlarını, imtahanın yüksək səviyyədə təşkil ediliyini bildirdilər. Qeyd edək ki, keçən il ümumilikdə I ixtisas qrupu üzrə 33587 abituriyent sənəd vermişdi. Bu il isə bu ixtisas qrupu üzrə sənəd verənlərin ümumi sayı 33533 nəfərdir. Sənəd verənlərdən 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunlarıdır.

Lakin Gəncə şəhərində 6 binada 126 zalda keçirilən imtahanda 3 min 400 abituriyent iştirak üçün ərizə verib. İmtahana 260 nəfər nəzarətçi müəllim, 29 imtahan rəhbəri cəlb edilib. Abituriyentlər isə imtahanın gedişatından və yaradılan şəraitdən razılıq bildirsələr də, sualların çətin olduğunu deyiblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən prosesin həyata keçirilməsində Təhsil, Daxili İşlər, Səhiyyə və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələri də yaxından iştirak edib. İmtahan zamanı 8 nəfər imtahandan xaric edilib, 1 nəfərdə mobil telefon olduğundan o, imtahana buraxılmayıb. 10 abituriyent isə həkimə muraciət edib.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs