Əlaqə Arxiv
news Image
2012.07.22
13:36
| A A A
Şəmkirdə meyit tapılıb
Movqe.Az xəbər verir ki, Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib. 

Kəpəz TV kanalının yaydığı məlumata əsasən, Çənlibel kənd sakini Xəyal Verdiyev Şəmkir şəhər sakini Yunis Hüseynovu balta ilə qətlə yetirərək meyitini ayaqyolu üçün nəzərdə tutulan quyuya atıb. Polis cinayətin üstünü isti izlərlə aça bilib.

Şəmkir şəhər sakini Yunis Hüseynov iyul ayının 18-i günorta saatlarında yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb. Yaxınları onun itkin düşməsi barədə polislə məlumat veriblər. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyən edilib ki, Yunis Hüseynovu Çənlibel kənd sakini Xəyal Verdiyev öz  evinin həyətində balta ilə qətlə yetirərək meyiti əvvəlcə yardımçı tikilidə, sonra isə sanitar quyuda gizlədib. Dünən səhər saatlarında Çənlibel kəndində yayılan bu xəbər hamını şoka salıb.

Şahidlərin sözlərinə görə, qətl münaqişə zəminində baş verib. Belə ki, Yunis Hüseynov Xəyal Verdiyevə "Mercedes" markalı avtomobil satıb. Həmin avtomobilin pulunu almağa gələn Hüseynov Verdiyevin müqaviməti ilə üzləşib. Şəmkir polisi şübhəli şəxs qismində Xəyal Verdiyevi saxlayıb. Baş vermiş cinayət hadisəsilə bağlı Şəmkir Rayon Prokurorluğu rəsmi açıqlama verməkdən imtina edib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz