news Image
2012.07.23
13:46
| A A A
Bakıda yaşayış binasında partlayış olub
Movqe.Az xəbər verir ki, Bakıda partlayış baş verib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, bazar günü Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv. m olan dördotaqlı evin yataq otağında təmir işləri aparılan zaman ani alışma nəticəsində partlayış baş verib.

Partlayış zamanı yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə, 1 ədəd kondisioner qarsalanıb və pəncərə çərçivəsi haşiyədən çıxıb. Hadisə zamanı həmin evdə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb və aidiyyətı üzrə təhvil verilib.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs