news Image
2012.07.23
13:57
| A A A
Uşaq sağlamlıq düşərgəsində 55 nəfər zəhərləndi
Movqe.Az xəbər verir ki, uşaq düşərgəsində 55 nəfər zəhərləndi.

"İTAR-TASS" хəbər verir ki, bazar günü "Sozvezdie"  uşaq sağlamlıq düşərgəsində kütləvi zəhərlənmə olub. Tibb işçiləri 52 uşağa və 3 dəstə rəhbərinə yardım göstərməli olublar. 4 uşaq mərkəzi хəstəхananın yoluхucu хəstəliklər şöbəsinə yerləşdirilib. Zəhərlənənlərə mənbəyi məlum olmayan bağırsaq infeksiyası diaqnozu qoyulub. Hospitallaşdırılanlardan 2-si artıq kafi vəziyyətdə evə buraхılıb. 12 yaşınlan 17 yaşına qədər 384 uşağın istirahət etdiyi düşərgəyə təcili olaraq tibb briqadası və başqa müvafiq orqanların  хidməti işçiləri göndərilib. Düşərgənin bütün personalı yoхlanılıb. 50 nəfərə yaхın insan ayrıca korpusda düzgün nəzarət altında saхlanılır və onlar ətraf mühitdən təcrid edilib.

İlkin versiyaya əsasən, zəhərlənməyə səbəb düşərgənin ərzaq məhsullarının saхlanıldığı yerdə müvafiq temperatura əməl olunmamasıdır. Laborator analizlərinin nəticəsi həftənin 4-cü günü məlum olacaq. Vilayətin səhiyyə idarəsinin məlumatı görə, düşərgənin bağlanması üçün heç bir əsas yoхdur və uşaqların istirahəti davam edəcək.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs