Əlaqə Arxiv
news Image
2012.07.23
15:22
| A A A
Əməliyyatlar zamanı videoçəkilişlər aparılacaq
 Movqe.Az xəbər verir ki, yol polisi bütün əməliyyatlarda videoçəkilişlər aparacaq. 

Azərbaycanda yol patrul xidməti avtomobillərində videokameralar quraşdırılacaq. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, Yol-Patrul Xidməti haqqında Təlimatda bununla bağlı göstəriş var.

Həmin təlimatda qeyd olunur ki, patrul avtomobili radio-cihaz vasitəsi, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı, kompüter, videokamera, dərman qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunmalıdır.

Təlimata uyğun olaraq patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz