Gənc musiqiçi Azərbaycanı Avstriyada təmsil edəcək
Movqe.Az xəbər verir ki, Avqustun 16-dan 23-də Avstriyanın Vyana
şəhərində keçiriləcək XII Beynəlxalq Fortepiano Müsabiqəsi
keçiriləcək.
Müsabiqədə Azərbaycanı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov təmsil edəcək. Təmsilçimiz həmçinin müsabiqə çərçivəsində təşkil olunacaq ustad siniflərində iştirak edəcək. 12 yaşlı Nəriman Əmiraslanov bir sıra beynəlxalq musiqi müsabiqə və festivallarının laureatı və qalibidir.
Türkan Nadirqızı
Movqe.Az