news Image
2012.07.25
22:35
| A A A
Yardımlıda kanalizasiya sistemi qurulur
Movqe.Az xəbər verir ki, Yardımlı rayonunda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb. 

Qeyd edək ki, bu işlər ölkə başçısının verdiyi sərəncam əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri" layihəsi çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Anbarlara gedən yollar abadlaşdırılıb, rayona su və kanalizasiya boruları və lazımı avadanlıqlar gətirilib. Hazırda uzunluğu 52 km olan su, eləcə də ilk dəfə olaraq uzunluğu 58 km olan kanalizasiya xətlərinin çəkilməsi işlərinə başlanılıb. Çirkab suların təmizlənməsi üçün diametri 110x300 millimetrlik korqo borulardan, su xətlərinin çəkilməsində isə diametri 32x250 millimetrlik plastik borulardan istifadə olunacaq.

Ümumilikdə, rayon daxilində 2 ədəd 500 kubluq, 1 ədəd 200 və 10 ədəd 100 kubluq su anbarının tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində Yardımlı şəhərinə içməli su 4 km-lik məsafədən, Avur yeraltı su mənbəyindən gətiriləcək. Hazırda bu anbarların beşində iş prosesi davam etdirilir. Tikinti işlərinə 2012-ci ilin əvvəlində başlanıb və 2013-cü ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs