Əlaqə Arxiv
news Image
2012.07.27
14:39
| A A A
450 minə yaxın yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb
Movqe.Az xəbər verir ki, ölkədə bu günədək 450 minə yaxın yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.

Baş Dövlət Yol Polisi idarənin saytının verdiyi məlumata görə, bu ilin 1-ci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 449986 yol hərəkəti qaydaları (YHQ) pozuntusu qeydə alıblar.

Qeyd edək ki, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9116, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 47440, ötmə qaydalarının pozulması üzrə 6089, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 15989, sərnişin daşıma qaydalarının pozulması üzrə 2548 fakt aşkar edilib. Yol verdikləri qanun pozuntusuna görə 1013 sürücünün hüququ müxtəlif müddətə məhdudlaşdırılıb.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz