news Image
2012.07.27
13:54
| A A A
“Azəriqaz” abonentlərinə xəbərdarlıq edib
Movqe.Az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi "smart-kart" tipli sayğacların istismarı ilə bağlı bəzi zəruri məlumatları bir daha abonentlərin diqqətinə çatdırıb. 

Qeyd olunub ki, "Smart-kart" tipli sayğaclarla ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə olunan sayğacın göstəricisinin qəbul olunan sərfiyyat miqdarından artıq olması, qaz xəttinə əlavə qoşulmalar, sayğaca hər hansı bir müdaxilə kimi hallar baş verdikdə sayğacın klapanı dərhal qapanır, sayğac avtomatik olaraq koda düşərək bağlanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür.

Xəbərdarlıqda qeyd olunub ki, sayğac koda düşərək bağlanan zaman müdaxilə etməklə onu işə salmaq mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsi ilə gətirilir.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs