Əlaqə Arxiv
news Image
2012.07.28
15:24
| A A A
“.az” domen zonasında artıq 14 500 ad qeydiyyatdan keçib
Movqe.Az xəbər verir ki, ".az" milli domen zonasında artıq 14 500 domen adı qeydiyyatdan keçib. 

Qeyd edək ki, bu haqda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbərlər xidməti məlumat yayıb.

Məlumatda ilin əvvəlindən ləğv olunan domenlərin sayı 1791, qeydiyyata düşən domenlərin sayı isə 3162-yə bərabər olduğu göstərilir.  Domenlərin böyük əksəriyyəti ".az" (13 451) domeninin payına düşür. Həmçinin 628 ədəd ".com.az" domeni qeydiyyatdan keçib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz