news Image
2012.07.28
14:38
| A A A
Azərbaycanda dəmiryolunun təmiri başlanılıb - FOTO
Movqe.Az xəbər verir ki, Azərbaycanda dəmiryolun bir hissəsində bu gündən əsaslı təmirə başlanılıb. 

İyulun 28-dən Dəliməmmədli-Zazalı mənzilinin cüt yolunda 4175 metr yolun əsaslı təmirinə başlanılıb. Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

Xatırladaq ki, əsaslı təmir işlərinə Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.



Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs