Əlaqə Arxiv
news Image
2015.01.05
09:59
| A A A
Şamaxıda baş vermiş qəzada 6 nəfər ölüb, bir nəfər ağır yaralanıb
Hadisə nəticəsində 3 avtomobil toqquşub, yük maşını minik avtomobilinin üstünə aşıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 6 nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Movqe.az-ın xəbərinə görə, zəncirvari qəza yolun 105-ci kilometrliyində, Şamaxının Acıdərə adlanan ərazisində qeydə alınıb. Ağsu sakini, 1990-cı il təvəllüdlü Əliyev Elmin Elşad oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn Sabirabad sakini, 1957-ci il təvəllüdlü Ağayev Vaqif Xudamirzə oğlunun idarə etdiyi "HOVA" markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını minik avtomobilinin üstünə aşıb. Həmin vaxt toqquşan avtomobillər qarşı tərəfdən gələn, Qəbələ sakini, 1977-ci il təvəllüdlü Allahverdiyev Ramil Fikrət oğluna məxsus "Mercedes" markalı minik maşınına çırpılıblar. Hadisə nəticəsində toqquşan yük və minik avtomobillərinin sürücüsü, eləcə də minik maşının sürücüsü Elmin Əliyevin bacısı, 1988-ci il təvəllüdlü Əliyeva Əntiqə Elşad qızı, sərnişinlər- Gədəbəy sakini, 2002-ci il təvəllüdlü Əliyev Fərid Nemət oğlu, Bakı sakini 1988-ci il təvəllüdlü Abbasov Azər Eyvaz oğlu, Bakı sakini, 1961-ci il təvəllüdlü Baxşəliyev Vaqif Paşa oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat ediblər. Digər "Mercedes"in sürücüsü Ramil Allahverdiyev ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. O, sonradan müalicə üçün Bakıya aparılıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunublar. Onlar xüsusi kəsici alətlər vasitəsilə avtomobildə sıxılıb qalan yaralıları və cəsədləri çıxarıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz