news Image
2015.01.05
12:47
| A A A
Sıx birlik ətrafında

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Heydər Əliyev mərkəzində tədbir keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.

Sonra tədbirin rəsmi hissəsini RİH başçısının birinci müavini Nadir Abıyev açaraq bildirmişdir ki, 31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Bu günün əsası 1989-cu ildə Azərb aycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı ə slində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Xəbər verdiyimiz kimi, bayram mərasimində çıxış edən Prezident təqaüdçüsü Şirvan Əbilov, rayon ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev, RİHB - nin hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov və başqaları dünya azərbaycanlılarının təşkilatlanması və həmrəyliyi yolunda yeni mərhələnin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar. Natiqlər 2001-ci il mayın 23-də dahi öndər Heydər Əliyevin bu istiqamətdə tarixi Sərəncam imzaladığını və həmin ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyini qeyd ediblər.Elə buna görə də xarici ölkələrdə yaşayan həmvətənlərimiz öz dövləti ətrafında daha sıx birləşirlər. Bildirilib ki, bu gün müasir müstəqil Azərbaycan dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların vahid dövləti, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev isə dünya azərbaycanlılarının lideridir. Dünya azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımız və həmvətənlərimiz öz dövləti ətrafında daha sıx birləşiblər.

Qeyd edək ki, rayonun bir neçə təhsil müəsissəsində, müxtəlif idarə və təşkilatlarda da bayram tədbirləri keçirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs