news Image
2012.07.29
13:58
| A A A
Gəncədə qanunsuz bağlar sökülür
Movqe.Az xəbər verir ki, Gəncədə aparılan əsaslı abadlıq, quruculuq və  təmir işləri hazırda şəhərin 3-cü mikrorayon adlanan ərazisində davam etdirilir. İlkin olaraq binaların ətrafında mövcud olan qanunsuz hasarlanmış bağlar sökülür.

3-cü mikrorayonda mövcud 5 binanın arxasında təmizləmə və sahmanlama işləri aparılır. Belə ki, sovet dönəmində sakinlər tərəfindən zəbt edilmiş və qanunsuz hasarlanmış bağlar tamamilə sökülür. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil İstismar Sahəsinin rəisi Kərim Musayevin sözlərinə görə, ərazi illərdir yığılıb qalan məişət və inşaat tullantılarından da təmizlənir. Hazırda ərazidə 2 traktor, 1 qreyder və bir neçə yük maşını qurumuş ağacların daşınmasını həyata keçirir.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs