Əlaqə Arxiv
news Image
2015.01.06
14:34
| A A A
Hava kəskin dəyişəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya DepartamentindənLent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Axşam hava kəskin dəyişəcək, şimal-qərb küləyi güclənəcək, temperatur 1-3 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında gecə və səhər duman və çiskin müşahidə olunacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.

 

Sizin Reklam Yeriniz