Əlaqə Arxiv
news Image
2012.07.29
15:09
| A A A
Şəkidə futbol festivalı keçirilib
Qadın futbolunun inkişafı məqsədi ilə FIFA-nın bayrağı altında növbəti "Live Your Goals" (Öz məqsədini yaşat) festivalı Şəki şəhər stadionunda baş tutub. Qeyd edək ki, bu, sayca dördüncü "Live Your Goals" festivalıdır.

Onudaq qeyd edək ki, tədbirin əvvəlində, tamaşaçıların alqış sədaları altında "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin rəsmi talismanı "Top-top Qız" rəqs edərək stadiona daxil olub. Festivalda populyar müğənni Azad Şabanov konsert proqramı ilə çıxış edib. Festival zamanı futbola maraq göstərən qızlar üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məşqçiləri tərəfindən ustad dərsləri keçirilib. "Live Your Goals" çərçivəsində azarkeşlər arasında futbolla bağlı müsabiqə keçirilib və sualları düzgün cavablandıranlara hədiyyələr təqdim olunub.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz