news Image
2015.01.06
17:47
| A A A
Bakıda yük avtomobilləri nəzarətə götürülür

Paytaxtda yük avtomobillərinin hərəkətinə diqqət və nəzarətin artırılması məqsədi ilə bu gündən etibarən mütəmadi reydlərin keçirilməsinə başlanılır. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, 2015-ci ildə Bakıda yük avtomobillərinin hərəkətinə diqqət və nəzarət artırılacaq. Artıq bu gündən etibarən isə İdarənin əməkdaşları paytaxtda əsasən 3-cü kənar dairəvi yol, Ziya Bünyadov, Aeroport şosesi və digər yollar üzrə reydlər keçirəcəklər: "2014-cü ildə Bakı şəhəri ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili, eləcə də paytaxtın küçə və prospektlərində sıxlığın, tıxacların yaranmasında qabaritli, yükgötürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobillərinin xüsusi "rolu" olduğu aşkar edilib. Ona görə də Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, özlərinə məxsus və ya istifadələrində olan yük avtomobilləri ilə saat 08:00-dan 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar. Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutlmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər".

V.Əsədov qeyd edib ki, yük avtomobillərinin paytaxt yollarında hərəkəti yalnız vaxt və hərəkət marşrutunun göstərildiyi buraxılış vərəqələri ilə mümkündür: "Yük avtomobilləri ilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, tabeliyində olan avtomobillərin sürücülərinin yol polisi tərəfindən məzuliyyətə cəlb edilməməsi üçün nəzarəti gücləndirsinlər, qeyd edilən yük avtomobillərinin hərəkətinin göstərilən vaxtda və icazə verilən marşrut üzrə təmin edilməsinə diqqəti artırsınlar. Onlar yükdaşıma normativlərinin yerinə yetirilməsinə, yükün avtomobilin oxları üzrə düzgün paylanmasına və ya onun normadan artıq olmamasına, daşınan tikinti materiallarının qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Çox təəssüf ki, bu tələblər tez-tez pozulduğundan əlavə tədbirlərin görülməsi zərurəti yaranır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs