news Image
2015.01.07
14:24
| A A A
Azərbaycanda yeni mərkəzlər yaradılır

Bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb. Qeyd olunan mərkəzlərdə işləmək üçün eşitmə qabiliyyəti pozulmuş insanların mimikasını bilən xüsusi işçi heyəti hazırlanacaq.


Bu istiqamətdə işlərin həyata keçirilməsi Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə tapşırılıb. Anadangəlmə və ya sonradan qazanılmış eşitmə problemi olan şəxslərə eşitmə qabiliyyətini qaytaran daxili qulağın protezləşməsi (koxlear implantasiya) əməliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiq edilməsi və bu əməliyyatın dövlət vəsaiti hesabına həyata keçirilməsi də nəzərdə tutulub. Bundan başqa, neonatal mərhələdə uşaqların eşitmə və görmə qabiliyyəti müəyyən olunacaq.


Bu işləri isə Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, eyni zamanda, Maliyyə nazirlikləri həyata keçirəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs