Əlaqə Arxiv
news Image
2012.04.11
16:56
| A A A
Azərbaycanda informasiya texnologiyaları sahəsində yeniliklər hazırlanır

 

Azərbaycanda informasiya texnologiyaları sahəsində yeniliklər hazırlanır

 

 

"Bu gün Azərbaycanda İnternet sahəsində yeniliklər edilir. Hal-hazırda Elektron hökümət, Elektron təhsil və Elektron elm kimi hökumət proqramları inkişaf edir. Bütün bunları qeydə alaraq, əminliklə deyə bilərik ki, Azərbaycan digər ölkələr arasında layiqli yerə sahibdir.

Azərbaycanda informasiya texnologiyalarına maraq artıqca bu sahə daha da çox inkişaf edəcək.

 

R.Əliquliyevin sözlərinə görə, bu il sputnikin buraxılması planlaşdırılır. Bütün bunlar informasiya cəmiyyətinin formalaşması üçündür. Müstəqil ölkəyçün telekommunikasiya mühiti vacibdir.

 

Azərbaycan sputnikə sahib olduqdan sonra telekommunikasiyası dahada güclü olacaq. Azərbaycanda ərazinin çoxu dağlıq olduğundan  televiziya və radio yayımlarında çətinliklər yaranır. Sputnik isə bütün problemləri həll etmiş olacaq.

 

"Hal-hazırda əhalinin yarısı internetdən istifiadə edə bilir. Yaxın illərdə bu sayın artması gözlənilir. Bu gün informasiya resursları meydana çıxır və informasiya xidmətləri dahada artır", - Rasim Əliquliyev dedi.

 

 

 Türkan Nadirqızı

 

 

Sizin Reklam Yeriniz