news Image
2015.01.07
18:39
| A A A
Kəskin hava şəraiti ilə bağlı məktəblərdə dərslər dayandırılacaq? - AÇIQLAMA

Movqe.az xəbər verir ki, Azərbaycanda gözlənilən kəskin soyuq hava şəraiti ilə əlaqədar sabah orta məktəblərdə tədrisin davam etdirilib-etdirilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə deyib ki, hava şəraiti ilə əlaqədar orta məktəblərdə dərslərin dayandırılması barədə nazirlik tərəfindən hələ bir qərar verilməyib: "Əgər belə bir qərar verilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında qar yağacağı, çovğun olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sulu qar və qar yağacağı, yağıntının arabir intensivləşəcəyi ehtimalı var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs