Əlaqə Arxiv
news Image
2015.01.08
11:59
| A A A
Yol polisi Azərbaycan yollarındakı vəziyyəti açıqladı

Azərbaycanın əksər ərazilərində qar yağsa da, hələlik yollarda buzlaşma qeydə alınmayıb. Bunu Trend-ə Daxili İşlər Nazirlyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, hava şəraitinin kəskin dəyişməsinə və qar yağmasına baxmayaraq, ölkə ərazisi boyu yollarda vəziyyət demək olar ki, yaxşıdır: "Yollar tam açıqdır. Respublikanın cənub bölgəsi, xüsusən Lənkəran-Astara regionu istisna olmaqla, hər yerdə qar yağır. Qeyd edilən bölgədə isə yağış yağır. Bəzi yerlərdə yağış leysan xarakterlidir. Respublikanın digər bölgələrində isə qar yağır. Amma yollarda buzlaşma yoxdur. Bütün istiqamətlərdə hərəkət var".

Bununla belə, BDYPİ rəsmisi bəzi istiqamətlər üzrə hərəkət edənlərə xəbərdarlıq edib: "Təxminən bir saat əvvəl Muğanlı-İsmayıllı yolunda qar yağıntısının gücləndiyi müşahidə edilib. Amma yolda hərəkət var. Sadəcə həmin istiqamətdə hərəkət edərkən hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə edilməsi tövsiyə olunur".

Şöbə rəisi qeyd edib ki, hava şəraiti ilə əlaqədar hər hansı ciddi yol qəzasının baş verməsi ilə bağlı hələlik heç bir məlumat daxil olmayıb.

Sizin Reklam Yeriniz