Əlaqə Arxiv
news Image
2015.01.08
12:15
| A A A
Azərbaycanda ŞOK olay: limonadın içindən siçan çıxdı

Limonaddan zəhərlənən ailə üzvləri xəstəxanaya yerləşdirilib 


İmişlidə bir ailənin 3 üzvü limonaddan zəhərlənib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı limonaddan zəhərləndiklərinə görə İmişli rayon xəstəxanasının infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.

 

Xəstəxanadan bildirilib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir. Uşaqların atasının dediyinə görə, limonadın içindən siçan çıxıb.

Sizin Reklam Yeriniz