news Image
2015.01.08
17:58
| A A A
"Bakıelektrikşəbəkə"də ixtisar yoxdur - MÜNASİBƏT

"Bakıelektrikşəbəkə" ASC adıçəkilən qurumda çalışan 900 nəfərin ixtisara salınması ilə bağlı məsələyə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: ""Bakıelektrikşəbəkə"də heç bir ixtisar aparılmır".

Mətbuat katibi onu da vurğulayıb ki, Şirkətin idarələrində çalışan işçilərin gələcəkdə də ixtisarı nəzərdə tutulmur: "Bu barədə söhbət gedə bilməz"- deyə, T. Mustafayev əlavə edib.  

Qeyd edək ki, bəzi informasiya agentliklərində yayılan məlumatlarda qeyd olunur ki, "Bakıelektrikşəbəkə"nin900 işçisi ixtisar edilib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs