Əlaqə Arxiv
news Image
2015.01.09
10:25
| A A A
Təcili Yardımdan əhaliyə xəbərdarlıq!
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına sutkada 1500-ə yaxın müraciət daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın Movqe.az-a verdiyi məlumata görə, yağan qar səbəbindən son sutkada 35 nəfər xəsarət alıb: " Sutka ərzində 6 avtoqəza olub. Nəticədə 8 nəfər zərər çəkib. 12 dəm qazı zəhərlənməsi qeydə alınıb, 6 nəfər xəstəxanaya yerləşdirilib".
Z. Vahidova bildirib ki, TTTYS hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edir: "Əhaliyə səslənirik ki, ehtiyac olmadıqda  küçəyə çıxmasınlar, xüsusən də yaşlı adamlar belə havalarda ehtiyatlı olmalıdırlar. Buzun üzərində hərəkət edərkən maksimum ehtiyatlı olsunlar".
Z. Vahidovanın sözlərinə görə, hava şəraiti ilə əlaqədar 140 təcili tibbi yardım briqadası gücləndirilmiş iş rejimində çalışır.
Sizin Reklam Yeriniz