Soyuq havalarda ən çox dərimizin zərər gördüyünü bilirsiniz.
Movqe.az-ın verdiyi məlumata görə, soyuq qarlı havalar
yanaqlarda çəhrayı-qırmızı arası bir rəngə səbəb olur. Bununla
yanaşı üz və əllərdə quruluq yaşanır. Bu quruluq dəridə çox
gərginlik və soyulmalar, dəri çatlamalarına səbəb olur. Hətta
eqzema da törədə bilər.
Qarlı havalarda günəşin mənfi təsiri 40-90 % artır. Ona görə qarlı
havada günəş çıxarsa, gözlərimizi tez qıyırıq. Bu refleksdə ana
səbəb günəşin qardan əks olunması ilə artan şüadır. Bunun üçün
dərini örtüklərlə mümkün olduğu qədər örtmək, əllərin əlcək, üzün
maska və ya örtük ilə qorunması lazımdır. Dərinin yağlı, qliserin
tərkibli məhsullarla nəmləndirilməsi lazımdır. Günəşin mənfi
şüalarından qorunmaq üçün sərt qış aylarında da günəş kremləri
istifadə etmək tövsiyə olunur.
Ailem.az qışda qarlı havalarda dərinizi korlanmaqdan qoruyacaq
nəmli və sağlıqlı qalmasına yardım edəcək ev maskaları təqdim
edir.
Yulaf maskası. Eyni miqdarda yulaf əzməsi və yumurta sarısını
qarışdırıb içinə bir çay qaşığı bal əlavə edib təmiz cildinizə
sürtün. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun. Dərinizin
yumşaldığını görəcəksiz.
Avokado maskası. Bir avokadonu çəngəllə əzin, içinə 1 çay qaşığı
zeytun yağı əlavə edin. Qarışımı üzünüzə sürtüb 20 dəqiqə saxlayın.
Tərkibindəki mineral, vitamin sayəsində dərinizi qış aylarının
sərtliyindən qoruyacaq.
Kefir maskası. Sadəcə kefiri dəriyə sürtüb 15 dəqiqə saxlayın.
Dərinin PH səviyyəsini nizamlayar, daha yumşaq, nəmli olmasına
kömək edəcək.