news Image
2015.01.12
10:13
| A A A
Cəbhədə güclü atışma
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber, Azatamut kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Şuraabad, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.  Ötən gün də cəbhə xəttində atəşkəs pozulub. Sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Cəvahirli, Şıxlar, Şirvanlı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs