Əlaqə Arxiv
news Image
2015.01.12
19:00
| A A A
Vergilər Nazirliyi qanun pozuntuları barədə məlumat yaydı

Vergilər Nazirliyi ötən il ərzində vergi ödəyicilərinin auditi sahəsində görülmüş işlər haqqında məlumat yayıb.  Nazirlikdən Movqe.az verilən məlumata görə, qeyd olunan müddətdə səyyar vergi yoxlamaları aparılmış vergi ödəyicilərinin 99,4 %- də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Bu dövr ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları nəticəsində 905 milyon 423,6 min manat əlavə vəsait hesablanıb. Bu məbləğin 62 %-i əlavə hesablanmış vergi məbləği, 38 %-i isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil edib.   Ümumilikdə 2013-cü illə müqayisədə ötən il  başa çatdırılmış səyyar vergi yoxlamaları zamanı cəmi əlavə hesablamanın məbləği 215 milyon 774,5 min manat və ya 31,3% artıb.  

2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış cəmi əlavə vəsaitin məbləği 78,6 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 8,3% çoxdur.   

Əlavə hesablanmış vəsaitlərdə mənfəət vergisi 16,6%, əlavə dəyər vergisi 29,1%, ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla) 40,8%, sadələşdirilmiş vergi 1,6%, sahibkarlıq fəaliyyətindən gəlir vergisi 1%, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5,4%, digər vergilər isə 5,5% təşkil edib.

 

Sizin Reklam Yeriniz