news Image
2015.01.13
18:55
| A A A
Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçirdi

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Əzizkənd, Təzəkənd və Hacıisakənd kəndlərinin sakinləri etiraz aksiyası keçiriblər.

Movqe.az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər üç kəndin sakinləri Marneulidən Qırmızı Körpü istiqamətinə uzanan və əsas magistral yola birləşən 11 kilometr uzunluğunda yolun asfaltlaşdırılmasını və onları narahat edən digər problemlərin həllini tələb ediblər. Aksiyada 100 nəfərdən çox kənd sakini iştirak edib. İki saat davam edən aksiyadan xəbər tutan Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili və rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev kəndlərə gələrək sakinlərin tələblərini dinləyiblər.

M. Topçişvili sakinləri dinlədikdən sonra 11 kilometrlik kənd yoluna asfalt çəkilişinin 2016-cı ilin dövlət planına salındığını bildirib: "Bu yolun artıq 7 kilometrə qədər hissəsi asfaltlaşdırılıb. Yalnız 11 kilometr yola hələlik asfalt çəkilməyib. Biz sizin tələbinizi nəzərə alaraq indi dövlətin müvafiq strukturlarından həmin sahənin bu il asfaltlaşdırılması üçün vəsait ayrılmasını xahiş edəcəyik. Əgər bizə müsbət cavab verilməsə, onda biz rayon büdcəsindən ayrılan vəsait hesabına bu il həmin yola çınqıl və daş döşəyib, asfalt örtüyü çəkmək üçün hazırlıq işləri görəcəyik. Gələn il isə dövlət büdcəsindən plana uyğun olaraq ayrılan vəsaitlə müasir standartlara uyğun asfalt yol çəkib sakinlərin istifadəsinə verəcəyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs